Sumqayıtda “Azərsu”ya məxsus avtomobil qəzaya düşüb, xəsarət alanlar varbackend

Sumqayıtda “Azərsu”ya məxsus avtomobil qəzaya düşüb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, qəza \”Stansiya Sumqayıt\” deyilən ərazidə baş verib. \”Azərsu\” ASC-yə məxsus \”Mitsubishi\” markalı minik avtomobili su daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Əliyev Rəhman Şükür oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Musa oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşad İlyas oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.(ona)

İnterPress.Az