Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib – FOTObackend

Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin “Erasmus Plus” proqramı çərçivəsində Türkiyə Ulusal Ajansının dəstəyi, AKDER Təşkilatının təşkilatçılığı, \”Odlar Yurdu\” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə İzmir şəhərində beynəlxalq layihənin icrasına başlanılıb. 6 ölkənin (Bosniya və Herseqovina, Makedoniya, Bolqarıstan,Albaniya, Türkiyə və Azərbaycan) təmsil olunduğu \”Pieces of some Puzzle\” layihəsi 26 may tarixindən start götürüb və 6 may tarixinədək davam edəcək. Layihə gənclər arasında multikulturalizm ideyalarının təbliğ olunması məqsədi daşıyır.

Layihə çərçivəsində \”İzmir Azərbaycan Kültür və Dayanışma Derneği\” və \”Odlar Yurdu\” GİB-in birgə təşkilatçılığı ilə Azərbaycan Günü təşkil edilib. Dərnəyin rəhbəri açılış nitqi söyləyib və gənclərlə işin, gənclər siyasətinin bütün dünyada o cümlədən Türkiyədə əhəmiyyətini vurğulayıb. Azərbaycan Türkiyə münasibətlərinə toxunub. Daha sonra birliyin sədri Nigar Ələsgərova layihə iştirakçılarını salamlayıb, bu səpkidə keçirilən layihələrin ölkələrin mədəniyyətlərinin təbliğ olunmasında, gənclərin dünyagörüşlərinin artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. AKDER təşkilatı ilə 4-cü uğurlu əməkdaşlıq çərçivəsində baş tutan layihəyə görə təşkilatçılara təşəkkürünü bildirib. Daha sonra layihədə təmsil olunan gənclər Azərbaycan tarixi, mətbəxi, mədəniyyəti və s. haqqında təqdimatla çıxış edib, müxtəlif video çarxlar nümayiş etdiriblər. Təqdimat böyük maraqla qarşılanıb. Azərbaycanla bağlı suallara doğru cavab verən xarici gənclərə ölkəni təsvir edən kiçik hədiyyələr təqdim olunub. \”İzmir Azərbaycan Kültür və Dayanışma Derneği\”nə isə Gəncə ilə bağlı kitab hədiyyə olunub. Layihədə \”Odlar Yurdu\” Gənclər İB-nin beynəlxalq 5 nəfər fəal siması, beynəlxalq əlaqələr departamentinin rəhbəri İntizar Mehdiyeva, baş katib Ruslan Vəliyev, layihələr üzrə menecer Xəzər Cabbarlı, nəzarət təftiş komissiyasının üzvü Əmrah Cəfərov, tədbirlərin təşkili üzrə menecer Gülnar Abışova iştirak edib.

Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib - FOTO

Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib - FOTO

Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib - FOTO

Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib - FOTO

Türkiyənin İzmir şəhərində Azərbaycan Günü keçirilib - FOTO

İnterPress.Az