Ötən ay 2 ədəd piyada əleyhinə, 10 ədəd tank əleyhinə mina zərərsizləşdirilibbackend

Ötən ay 2 ədəd piyada əleyhinə, 10 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin aprel ayı ərzində Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 463,789 m² (46.38 ha) ərazi yoxlanılıb, 403 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, ay ərzində Agentlik tərəfindən keçirilən əməliyyatlarda 474 nəfər əməliyyat heyəti, 131 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 533,899,219 m² (53,389.92 ha) ərazi təmizlənib, 803,299 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 4, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14, Dövlət Sərhəd Xidmətindən (DSX) – 7 və Rayon Polis şöbələrindən (RPŞ) – 2 müraciət daxil olub.

Müraciətlər əsasında 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 13,280 kv.m ərazi yoxlanılıb, 263 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlaraşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Eyni zamanda 1 mina/PHS hadisəsi qeydə alınıb.

İnterPress.Az