Parisdə polis axtarış zamanı 35 nəfəri saxlayıbbackend

Parisdə polis axtarış zamanı 35 nəfəri saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Parisin Polis İdarəsinin rəsmi nümayəndəsi Letisiya Vallar bildirib.

\”Saat 11:00-ə qədər artıq 35 nəfər saxlanılıb. Dünən axşamdan etibarən aparılan nəzarət prosedurları zamanı saxlanılan şəxslərdə benzin dolu qablar, dəyənəklər, çəkiçlər tapılıb\”, – o deyib.

Polis rəsmisi hökumət orqanlarının 1 May nümayişlərində 2 minə qədər radikal düşüncəli \”sarı jiletli\” olacağını gözlədiyini vurğulayıb.

L.Vallar bildirib ki, asayişin qorunmasında qalxanlı polis məmurları ilə yanaşı, adi vətəndaş qiyafəsində nümayişçilər arasında olacaq hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edəcək: \”Əsas məqsədimiz hər şey yaxşı getdiyindən, heç bir şey olmayacağından və heç kimin xəsarət almayacağından əmin olmaqdır\”.

Daha əvvəl Fransanın Daxili İşlər naziri Kristof Kastaner Parisdə 1 May nümayişlərində 7400 polis və jandarmın asayişi qoruyacağını söyləyib.

İnterPress.Az