Əlillər bundan sonra metroya daha asan minəcək – VİDEObackend

Əlillər bundan sonra metroya daha asan minəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Bakı Metropoliteni əlil arabalarının daşınması üçün xüsusi qurğular gətirib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, sonuncu qurğu ötən həftədən sərnişinlərin istifadəsinə verilib.

O bildirib ki, ilkin olaraq fiziki məhdudiyyətli şəxslər üçün on nəfərdən ibarət mobil işçi qrupu müəyyən edilib. Bundan əlavə, sonuncu dəfə gətirilən qurğu sərnişinləri qane edərsə, bütün stansiyalar bununla təchiz ediləcək.

Bu mexanizmlərin ilk istifadəçisi Cəmilə Məmmədlinin sözlərinə görə, fiziki məhdudiyyəti olan hər bir şəxs bu qurğulardan istifadə edərək metrostansiyalarda rahat hərəkət edə bilərlər.

İnterPress.Az