Astarada sel suları yaşayış evinə ciddi ziyan vurubbackend

Astarada sel suları yaşayış evinə ciddi ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, ilboyu intensiv yağan yağışlar nəticəsində çaylarda sululuğun artması Astara rayonunun müxtəlif yerlərində sakinlərə problemlər yaradıb.

Rayonun Kijəbə qəsəbəsində yaşayan Səfail Xanhəsən oğlu Hidayətov ONA-nın yerli bürosuna bildirib ki, aprelin əvvəllərində yağan yağışların törətdiyi fəsadlardan sonra evinə yaxın ərazidə bərkitmə işləri aparıb, dağıntıya məruz qalmış yerləri bərpa edib. O, müxtəlif üsullarla dağlıq ərazidən gələn sel sularının fəsadlarını azaltmağa çalışıb. Amma sel suları bir müddətdən sonra meşə tərəfdən yerin altı ilə hərəkət edərək torpaq qatında 2-3 metr dərinliyində çöküntülər yaranıb. Ümumilikdə 1 hektara yaxın ərazidə torpaq sürüşməsi baş verib. Nəticədə kənd sakininə məxsus 300 kv.m-lik 4 otaqlı ev də daxil olmaqla, həyətyanı sahəyə, meyvə ağaclarına, tövləyə ciddi ziyan dəyib.

Evə baxış keçirən rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşlarının məsləhəti ilə evi boşaldıblar.

Kijəbə qəsəbə icra nümayəndəliyindən bildirilib ki, aidiyyatı orqanlara məsələ ilə bağlı məlumat verilib və zərərçəkmişlərə lazımi köməkliyin göstərilməsi istiqamətində işlər görülür.(ona)

İnterPress.Az