Rumıniyada tornado: onlarla evi dağıtdı – VİDEObackend

Rumıniyada tornado: onlarla evi dağıtdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbiət hadisəsinin görüntüsü “Severe Weather Europe” “Facebook” səhifəsində yayılıb.

İnformasiyaya görə, tornado aprelin 30-da axşam saatlarında meydana gəlib. Ekstrimal hadisə ölkənin cənubunda – Drajna rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, hava axınları şiddətlə hərəkət edərək, yüzlərlə metr çevrəni qatı toz dumanına bürüyüb.

Rəsmi məlumata görə, tornado onlarla evi dağıdıb, sərnişinlərlə dolu avtobusu aşırıb. Bölgəyə xilasetmə xidmətinin əməkdaşları səfərbər olunub.

İnterPress.Az