AKP: İstanbuldakı bələdiyyə seçkiləri ilə bağlı nə iddia irəli sürmüşüksə, hamısı doğru çıxıbbackend

AKP: İstanbuldakı bələdiyyə seçkiləri ilə bağlı nə iddia irəli sürmüşüksə, hamısı doğru çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, partiyanın sədr müavini Ali İhsan Yavuz bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Anadolu Cümhuriyyət Baş Prokurorluğunda İstanbulun Maltəpə, Ataşehir və Kadıköy rayonlarında seçki qutularında qanunsuzluqların olması ilə bağlı 32 istintaq araşdırmasına başlanıb. Prokurorluq 100-dən çox məntəqə seçki komissiyası sədrini və üzvlərini dindirib.

Ali İhsan Yavuzun sözlərinə görə, bu 3 rayonda qanunsuzluqlar olması səbəbindən İstanbulda seçkilər yenidən keçirilə bilər: “Apardığımız araşdırmalar göstərdi ki, nə iddia irəli sürmüşüksə, hamısı doğru çıxıb. Digər yerlərdə seçim etirazları ilə bağlı araşdırmalar bitdiyi üçün Mərkəzi Seçki Komissiyasının qərarının İstanbulla bağlı olacağı gözləniləndir”.

AKP yetkilisi təkrar seçki olacağı təqdirdə, bələdiyyə üzvlüyünə namizədlərinin dəyişməyəcəyini vurğulayıb.(ona)

İnterPress.Az