Hövsanda kütləvi aksiya: bir nəfər ölüb – FOTObackend

Hövsanda kütləvi aksiya: bir nəfər ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aksiyaya səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir.

Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.

Yerli sakinlər reportyorumuza danışıblar ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: \”Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?\”

Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

Reportyorumuz xəbər verir ki, polis hərəkətə keçib və 3-4 nəfər kənd ağsaqqalı ilə danışıqlar aparır ki, camaat sakitcə dağılışsın. Camaat isə çox hiddətlidir və sakitləşmirlər.

Bildirilir ki, ölən şəxsin 21 yaşı var, əsgərlikdən bu yaxınlarda gəlibmiş. Onu 11 saylı xəstəxananın morqundan çıxarıb evə aparıblar.

Aksiya zamanı daha bir yaşlı adamın ürəyi gedib və onu xəstəxanaya aparıblar. ( musavat.com )

Hövsanda kütləvi aksiya: bir nəfər ölüb - FOTO

Hövsanda kütləvi aksiya: bir nəfər ölüb - FOTO

Hövsanda kütləvi aksiya: bir nəfər ölüb - FOTO

Hövsanda kütləvi aksiya: bir nəfər ölüb - FOTO

İnterpress.az