Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu ilin I rübünə yekun vurubbackend

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu ilin I rübünə yekun vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bundan başqa 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.

S.Məmmədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir. Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına, 39 layihə isə respublikanın kəndlərarası avtomobil yollarına aiddir.

İclas zamanı qeyd olunub ki, daxili İnvestisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.

S.Məmmədov çıxışı zamanı onu da vurğulayıb ki, 2019-cu ilin I rübü ərzində Xəzər rayonu Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintidən sonra, uzunluğu 20,5 km olan Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə (137 km)-Beyləqan avtomobil yolunun Prezident cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Açılış zamanı tikintisi başa çatdırılmış uzunluğu 39,4 km olan Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun təqdimatı da keçirilib.