Lüis Hemilton: “Azərbaycan Qran-prisində uğurlu start götürə bilmədim”backend

Lüis Hemilton: “Azərbaycan Qran-prisində uğurlu start götürə bilmədim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, \”Mercedes\”in britaniyalı pilotu yarışmaqdan zövq aldığı halda, adi yollarda fərqli davranış sərgilədiyini bildirib.

\”Yavaş hərəkətdən xoşum gəlir. Açığı, çox da maşın sürmürəm. Bundansa \”Formula 1\” trasında yarışmağı üstün tuturam. Tanıdığım hər bir pilot sərbəst yürüş və testlərini simulyatorla etməyi sevir\”, – deyə 34 yaşlı idmançı vurğulayıb.

Tarixdə ən yaxşı pilotun adını açıqlamayan Hemilton bildirib ki, heç kimi mükəmməl saymaq olmaq: \”Məhz qeyri-mükəmməllik bizi böyük edir, bir-birimizdən fərqlənməyimizə imkan verir. Amma bununla tam qüsursuz sayılmırıq. Əlbəttə, özümün də zəif tərəflərim var, mən də səhvlərə yol verirəm. Təkcə builki Azərbaycan Qran-prisinə nəzər salın. Yenə elə də uğurlu start götürmədim. Amma heç vaxt təslim olmur və özümə inanıram\”.

Qeyd edək ki, Lüis Hemilton ötənilki Azərbaycan Qran-prisində birinci, bu il isə ikinci yeri tutub.