İlham Əliyev Yaponiyanın Xarici İşlər nazirini qəbul edibbackend

İlham Əliyev Yaponiyanın Xarici İşlər nazirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı Azərbaycanla Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb.

Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən İ. Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd edib. Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlət başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu deyib.

M. Kiuçi isə Yaponiyanın Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu bildirib.

İnterpress.az