AŞPA-nın sessiyasında girovlar məsələsi qaldırılacaqbackend

AŞPA-nın sessiyasında girovlar məsələsi qaldırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Bununla bağlı Avropa Şurasına etiraz məktubunun göndərildiyini deyən S.Seyidov qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı sessiya çərçivəsində komitələrin iclası zamanı qaldırılacaq müzakirə zamanı azərbaycanlı girovlara çıxarılan “hökm” də müzakirə olunacaq. Onun sözlərinə görə, separatçı rejimin beynəlxalq ictimaiyyətin gözü qarşısında oynadığı bu “məhkəmə” şousuna və onun çıxardığı “hökm”ə üzv ölkələrin iradlarının bildirilməsi, buna buna ciddi reaksiya verilməsi tələb olunacaq: “Biz həmişə olduğu kimi, tam ciddiyyətlə bu məsələ ilə də bağlı konkret faktlar əsasında tələbimizi ortaya qoyacağıq. Amma əsas odur ki, görək əməkdaşlıq etdiyimiz bu beynəlxalq təşkilat buna ikili standartla yox, həqiqi gözlə baxsın”.

Qeyd edək ki, separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə D.Əsgərova ömürlük həbs verib, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.

İnterpress.az