Azərbaycan Premyer Liqasında bütün medalçılar məlum olub – YENİLƏNİBbackend

Azərbaycan Premyer Liqasında bütün medalçılar məlum olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, \”Keşlə\” öz meydanında \”Zirə\”ni qəbul edib və 1:3 hesabı ilə məğlub olub.

Digər oyunda “Qarabağ” öz doğma meydanda “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, \”Qarabağ\” ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.

“Neftçi” isə səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə udub.Bu qələbəyə baxmayaraq, paytaxt klubu çempionluq şanslarını itirib.

5 may (bazar)

“Keşlə” 1-3 “Zirə”
Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
Qırmızı vərəqə: D. Silva, 28

“Qəbələ” 1-3 “Neftçi”
Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)

“Qarabağ” 4-0 “Səbail”
Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87

İnterPress.az