Qəzza zolağında atəşkəs elan olundubackend

Qəzza zolağında atəşkəs elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə BBC məlumat yayıb.

Fələstin-İsrail münaqişəsinin yeni dalğasında, dörd gün ərzində baş verən toqquşmalarda 23 fələstinli və dörd israilli həlak olub.

Tərəflər arasında atəşkəs razılaşdırılıb. İsrail ordusundan verilən məlumata görə, səhər saat 06:00 radələrindən etibarən bütün əməliyyatlar dayandırılıb. Münaqişə müddətində ölkənin cənubunda yaşayan fələstinlilərə qarşı məhdudiyyətlər aradan qaldırılıb.

Ötən gecə BMT, Qətər və Misirin tərəfləri atəşkəsə razı salmaq üçün vasitəçilik etməsi barədə xəbərlər yayılmışdı. Fələstinli rəsmilərin bildirdiyinə görə, bazar ertəsi əldə olunan razılaşmaya görə, atəşkəs yerli vaxtla 04:30-dan etibarən (Bakı vaxtı ilə 03.30) qüvvəyə minib.

Bundan əvvəl beynəlxalq ictimaiyyət, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı baş katibi tərəfləri silahları yerə qoymağa çağırıb.

İsrail hərbi komandanlığının məlumatına görə, şənbə günündən bəri İsrail ərazisinə 600-dan çox raket atılıb. İsrail qüvvələri buna cavab olaraq 320 hədəfə zərbələr endirib.

İnterPress.Az