Zaqatalada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıbbackend

Zaqatalada yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, şəhər ərazisində hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində rayonun 1988-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Ramazanlı Elmar Ramazan oğlu, 1982-ci il təvəllüdlü Car kənd sakini Abdullayev Rəşad Həbibullah oğlu və 1991-ci il təvəllüdlü Axaxdərə kənd sakini Abdullayev Hacıömər İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan 28 yaşlı Hacıömər Abdullayevin xəsarətləri ciddi olduğundan o, Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər 2 yaralı ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.Az