Salyanda şagirdləri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB-2backend

Salyanda şagirdləri daşıyan mikroavtobus aşıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB-2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda qəzaya düşən mikroavtobus Şirvandan Cəlilabada yarışa gedən 2005-2008-ci il təvəllüdlü şagirdləri aparırmış.

İnterPress.Az-ın xəbərinə görə, \”Mercedes markalı mikroavtobus idarəetməni itirməsi nəticəsində yolun kənarına aşıb.

Qəza nəticəsində 1 şagird ölüb, 6 nəfər xəsarət alıb.

*** 09:47

İnterPress.Az-ın xəbərinə görə, Ələt-Astara magistral yolunda mikroavtobus qəzaya uğrayıb.

Əlavə məlumat veriləcək.

*** 09:19

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, baş verən qəza nəticəsində yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.Az