Aksiyaya səbəb olan direktor vəzifədən uzaqlaşdırıldıbackend

Aksiyaya səbəb olan direktor vəzifədən uzaqlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Xatırladaq ki, 118 saylı tam orta məktəbin direktorunun valideynləri təhqir etdiyi və buna görə qəsəbədə aksiya keçirildiyi bildirilir. Hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.

İdarə dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verib.

İnterpress.az