Bakıda Qadın Sosial Sahibkarlıq Forumu keçirilirbackend

Bakıda Qadın Sosial Sahibkarlıq Forumu keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov açıb.

O, ölkədə sahibkarlığın inkişaf etdiyini, ümumi daxili məhsulda özəl sektorun payının 84%-i keçdiyini bildirib.

Nazir müavini daha sonra qadın sahibkarlığının vəziyyəti barədə də danışıb və biznesi olan qadınlara məqsədyönlü dəstəyi təmin etmək üçün Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının yaradıldığını qeyd edib: “Assosiasiya qadın sahibkarlığının inkişafı üçün aktiv çalışır”.

Bundan başqa, N.Səfərovun sözlərinə görə, Azərbaycanda sosial sahibkarlığa da dövlət səviyyəsində dəstək verilib: “Bunun üçün ən yaxşı nümunə ABAD layihəsidir. Bu istiqamətdə görülən tədbirlərin miqyasını genişləndirməyə çalışacağıq”.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib. O bildirib ki, qadınların fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi xüsusi önəm kəsb edir: “Komitə bu istiqamətdə fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir\”.

İnterPress.Az