Şimali Makedoniya prezidentini seçdibackend

Şimali Makedoniya prezidentini seçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Radio Svaboda”nın məlumatına görə, səslərin 90 faizinin hesablanmasından sonra onun ümumi səslərin 52 faizini topladığını məlum olub.

Onun rəqibi – millətçilərdən olan Qordana Silyanovska-Davkova isə səslərin 44 faizini toplayıb.

Seçici fəallığı 40 faizlik yetərsayı keçdiyindən təkrar seçkilər keçirilməyəcək.

Qeyd edək ki, bazar günü prezidet seçklərinin ikinci turu keçirilib, birinci tur isə aprel ayında baş tutmuşdu.

Prezident seçilmiş 55 yaşlı politologiya professoru Pendarovski ölkənin adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla bağlanmış tarixi sazişi dəstəkləyənlərdən olub. Ölkənin adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi onun NATO və Avropa İttifaqına üzv olmasına imkan verəcək.

Rəqibi Silyanovska-Davkova isə əvvəl müstəqil namizəd olsa da, sonradan onu ölkənin Milli Mühafizəkarlar Partiyası dəstəkləyib. O, Yunanıstanla bağlanmış sazişin qatı əleyhdarlarındandır, üstəlik, ölkənin NATO-ya üzvlüyünü dəstəkləmir.

İnterPress.Az