Qubada quldurluq: ev sahibinin əlini bağlayıb oğurluq etdilərbackend

Qubada quldurluq: ev sahibinin əlini bağlayıb oğurluq etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, həmin şəxslər Hamlet İbrahimovun əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

Məlumatla əlaqədar Quba RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov və Məhəmməd Tağıyev saxlanılıblar.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərdən hadisə zamanı istifadə edilmiş maskalar, əlcəklər və soyuq silahlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Cinayətkar dəstənin digər üzvləri, Şəki şəhər sakini, Əmrahlı Mustafa Mehman oğlu və Şirvan şəhərində anadan olan, hazırda Bakı şəhərində yaşayan Əmirov Ülvi İkram oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İnterPress.Az