Səmra yenə açıq-saçıq geyimdə: bu obrazı anası yaradıb – VİDEObackend

Səmra yenə açıq-saçıq geyimdə: bu obrazı anası yaradıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, o, “Armas” adlı yeni mahnısına klip çəkdirib.

Səmra klipi üçün seksual obrazlar sərgiləyib.

Rəhimli ekran işi ilə bağlı açıqlama verərək, hip-hop janrında ifa edən ilk azərbaycanlı xanım müğənni olduğunu deyib:

“Armas” mənim adımın tərsinə oxunuşudur. İspan dilində tərcüməsi silahdır. Ad olaraq mənası isə dominantlıq etmək, birinci, lider, güclü və yüksək olmaqdır.

Azərbaycanda bu üslubda ifa edən ilk qadın müğənniyəm və mahnımda dediyim kimi – “təkrarla məni, bu trekə qulaq asıb həsrətlə”. Hip-hopa hər zaman marağım olub. Hazırda biz bu formatda albom üzərində işləyirik”.

Səmra solo konsert verməyə hazırlaşdığını açıqlayıb.

Qeyd edək ki, sözügedən mahnının müəllifləri Clavis və OD-dur. Layihə rəhbəri, rejissoru, ssenaristi müğənninin prodüseri, anası İlahə Baxşıyevadır. Səmranın imici üzərində də anası işləyib.

İnterPress.Az