Azərbaycanlı velosipedçi “Tokio-2020” üçün ölkə reytinqinə üç xal qazandırıbbackend

Azərbaycanlı velosipedçi “Tokio-2020” üçün ölkə reytinqinə üç xal qazandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, 4 mərhələdən ibarət veloturda Azərbaycanın Elit yığma komandasının üzvü Elçin Əsədov da iştirak edib.

Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan idmançı bununla da ümumi təsnifatda 10-cu yeri tutub. Əsədov ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.

İnterPress.Az