Röyadan yeni klip: “Unutmaq lazım” – VİDEObackend

Röyadan yeni klip: “Unutmaq lazım” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Röya Türkiyədə çəkdirdiyi “Unutmaq lazım” klipini “Youtube” hesabında yayımlayıb.

Sözləri və musiqisi İlqar Sadıqova, aranjimanı Tural Əliyevə məxsus olan mahnının ekran işini rejissoru Müjdat Küpşirə həvalə olunub.

Klipdə müğənninin stili və imici üzərində Türkiyənin məşhur stilisti Bener Hamamcı çalışıb. Rəngarəng klipdə Əməkdar artist əyninə geyindiyi açıq-saçıq libasları ilə diqqət çəkib.

Qeyd edək ki, ötən həftədə Röya klipinin bir neçə tizerini “Instagram” hesabında yayımlayaraq izləyicilərini həm təəcübləndirib, həm də həyəcanlandırıb.

İnterPress.Az