Bakıda üç maşın toqquşub, 2 nəfər ağır yaralanıbbackend

Bakıda üç maşın toqquşub, 2 nəfər ağır yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Olimpiya kompleksinin arxa hissəsi ilə Dərnəgül istiqamətində gedən yolda 3 minik avtomobilinin toqquşması nəticəsində təqribən 5 nəfər xəsarət alıb.

Yaralılardan ikisi kəllə-beyin travması və bədənin əzilmiş yarası diaqnozu ilə ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlardan biri 1992-ci il təvəllüdlü Rüstəmzadə Turaldır. Digəri koma vəziyyətində olduğundan adını dəqiqləşdirmək hələ ki, mümkün olmayıb.

İnterPress.Az