Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıbbackend

Qaxda avtomobil qaçıran yeniyetmə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib.

Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olan müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az