QHT “Danışır Xocalı” adlı sənədli film hazırlayacaq – ŞURANIN DƏSTƏYİ İLƏbackend

QHT “Danışır Xocalı” adlı sənədli film hazırlayacaq – ŞURANIN DƏSTƏYİ İLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq dünya ictimaiyyəti bu faciəyə hələ də ədalətli qiymətini verməyibdir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyası bu sahədə mövcud olan bir çox problemləri həll etmiş oldu. Lakin biz hesab edirik ki, Vətəndaş Cəmiyyəti də bu istiqamətdə böyük işlər görməlidir.

Bu mənada “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Şuranın dəstəyi ilə ““Danışır Xocalı” adlı sənədli filmin hazırlanması” adlı layihəsinin icrasına başlayıb. İki ay davam edəcək layihə çərçivəsində hazılanacaq qısametrajlı sənədli film həm Azərbaycanda, həm də xarici ölkələrdə təqdim ediləcəkdir.

İnterPress.Az