Ərdoğan İstanbul bələdiyyəsinə seçkilərin nəticələrinin ləğvinə münasibət bildiribbackend

Ərdoğan İstanbul bələdiyyəsinə seçkilərin nəticələrinin ləğvinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Sadəcə, ləğv edilən etibarsız bülletenlərin sayılması zamanı fərqin azalması bizi şübhələndirdi. Bununla İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə iyunun 23-də təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilib. Bu müddətdə fəaliyyət göstərərək seçkini qazanmağa çalışacağıq”, – o vurğulayıb.

Ərdoğan 15 min seçicinin iradəsinin qəsb edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Xatırladaq ki, mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyasının fövqəladə toplantısında martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri olub. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb. Aprelin 17-də Əkrəm İmamoğlu mandatını alıb və vəzifəsinin icrasına başlayıb.

Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı “Cumhur İttifaqı” 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı \”Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.

İnterPress.Az