Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildiribbackend

Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq.

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

İnterPress.Az