Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbər yayılıb.

Dərc edilib: 7 may 2019 [15:37]
Baxış sayı: 8178

Axşam.az-ın xəbərinə görə, qoyulan qadağanın səbəbi sənətçinin banka olan kredit borcudur.

Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb.

Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.

Sənətçinin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.

Yayılan bu məlumatın nə dərəcə də doğru olub-olmadığını araşdırmaq üçün Oxu.Az-ın əməkdaşı Mətənət Əsədova ilə əlaqə saxlayıb.

“Mən bu haqda heç bir şey danışmaq istəmirəm. Sənətimlə bağlı sual verin, cavablandırım. Şəxsi məsələlər haqqında məni sorğu-sual etməyin”, - deyə M.Əsədova cavab verib.

İnterPress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162