Avropa Şurasının rəsmisi Vəkillər Kollegiyasındabackend

Avropa Şurasının rəsmisi Vəkillər Kollegiyasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərin məqsədi Azərbaycanın Avropa Şurasına üzvlük öhdəliklərinin icrası vəziyyəti ilə bağlı növbəti monitorinq hesabatını hazırlamaqdan ibarətdir.

Kollegiyanın sədri Anar Bağırov Strasburqdan gəlmiş nümayəndə heyətini salamlayaraq, ölkəmizdə vəkilliyinin müstəqilliyinin daha da gücləndirilməsi, vəkillərin peşə hazırlığının artırılması, vəkillərin tədrisi məsələləri üzrə Avropa Şurası ilə səmərəli əməkdaşlıq və onun nəticələri, ölkəmizdə Avropa Şurasının HELP proqramının təşviqi barədə ətraflı məlumat verib.

Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Ziyarət çərçivəsində qonaqlar Vəkillər Kollegiyasının inzibati binası ilə tanış ediliblər.

Görüşdə Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Missiyasının rəhbəri Fəxrəddin İsmayılov, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes də iştirak ediblər.

İnterPress.Az