“Qarabağ” afrikalı qapıçı ilə maraqlanırbackend

“Qarabağ” afrikalı qapıçı ilə maraqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın “Sowetan Live” portalına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırda ölkəsində “Bidvest Vits” klubunun formasını geyinən 30 yaşlı qolkiperlə 2 ay öncə maraqlanıb. Bildirilir ki, Kit başa çatan müqaviləsinin müddətini uzatmaq istəmir. O, mayın 11-də CAR Premyer Liqasının axırıncı turunda “Qolden Errouz”la səfər matçında sonra klubu tərk etmək niyyətindədir.

Kit “Bidvest Vits”lə yeni sözləşmə imzalamağa razılıq vermədiyi üçün baş məşqçi Qevin Hant onu son 5 matçda ehtiyada saxlayıb. Onunla yerli “Kayzer Cifs”in də maraqlandığı, qolkiperin hazırkı klubunda qalmasının mümkünlüyü də vurğulanır.

Qeyd edək ki, əvvələr CAR millisinin fovrardı Dino Ndlovu “Qarabağ”da çıxış edib. Ötən ay İslandiya yığmasının qapıçısı Hannes Halldorsson Ağdam klubunu tərk etsə də, əsas qapıçı Vaqner da Silva qalır.

İnterPress.Az