Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilibbackend

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

Səhiyyə Nazirliyinə dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti verilib. Səhiyyə Nazirliyi adından səhiyyə naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, Analitik Ekspertiza Mərkəzinin direktoru, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, onun müavini belə səlahiyyətə malik olacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

İnterPress.Az