Rusiyada qar uçqunu olub, 7 turist ölübbackend

Rusiyada qar uçqunu olub, 7 turist ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.

Hadisə mayın 6-da Cənub Çuy dağ silsiləsində baş verib.

Qar uçqunundan sağ qurtulan iki nəfər isə mayın 8-də Koş-Ağac kəndinə çatıblar. Onlar rabitə əlaqəsi olmadığından qar uçqunu barədə məlumat ötürə bilmədiklərinin deyiblər.

Məlumata görə, mayın 8-də 7 nəfərin meyitini axtarmaq üçün hadisə yerinə helikopter göndərilib.

Turistlər Rusiyanın Novosibirsk şəhərinin sakinləridir.

İnterPress.Az