ABŞ-da azərbaycanlı öz evində güllələnibbackend

ABŞ-da azərbaycanlı öz evində güllələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterPress.Az\” ABŞ KİV-inə istinadən xəbər verir.

Polisdən verilən məlumata görə, hücum dünən gecə, təxminən, saat 22:00 radələrində törədilib. Hücum edənlərdən biri N.Salamova bibər qazı fışqırdıb, ikinci isə hadisə yerindən qaçmazdan əvvəl atəş açıb. N.Salamov aldığı güllə yarasından bir neçə saat sonra xəstəxanada keçinib. Onun iki uşağı var idi. Evə basqın və törədilən cinayət zamanı uşaqlar evdə, yan otaqda olublar.

Yerli polis rəhbəri N.Salamovun qəsdən öldürüldüyünü düşünür.

Qeyd olunur ki, öldürülən azərbaycanlı heç bir kriminal keçmişə malik olmayıb, bir neçə işdə, o cümlədən yerli banklardan birində işləyib, tanışları isə onun haqqında müsbət fikirlər söyləyiblər.

ABŞ-da azərbaycanlı öz evində güllələnib

İnterPress.Az