Dəhşətli partlayışdan sonra ana-ata öldü, uşaqlar körpələr evinə verildi – YENİLƏNİBbackend

Dəhşətli partlayışdan sonra ana-ata öldü, uşaqlar körpələr evinə verildi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, aprelin 21-də Kürdəmirdə yaşayış evində baş verən partlayış zamanı yüngül xəsarət alan azyaşlılar birliyin sığınacağına yerləşdirilib:

“Nənə və əmisi ilə birlikdə dörd yaşlı Günay Əsədova və iki yaşlı Bünyəd Əsədovanı sığınacağa gətirmişik. Bu, müvəqqətidir. Çünki ailə başçısı Anar Əsədov və Qəndab Hüseynova dünyasını dəyişib. Yaxınları hazırda yas içindədirlər. Digər səkkiz yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. Rayonun İcra Hakimiyyəti ilə danışmışıq və nənəyə qəyyumluq veriləcək”.

Kəmalə Ağazadə qeyd edib ki, sosial şəbəkələrdə yaxınlarının uşaqlardan imtina etməsi ilə bağlı yayılan xəbərlər düzgün deyil:

“Heç kim onlardan imtina etmir. Sadəcə, bir müddət sığınacaqda qalacaqlar”.

7 may, 22:06

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Qafqazinfo xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.

Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.Az