ETSN: Hazırda Bakıda müşahidə edilən duman gecəyə doğru yenidən başlayacaqbackend

ETSN: Hazırda Bakıda müşahidə edilən duman gecəyə doğru yenidən başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”a açqılamasında Departamentin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb: \”Nisbi rütubət 86-88 faiz təşkil edir. Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var. Dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb\”.

U.Tağıyeva xatırladıb ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir.

İnterPress.Az