Pakistanda məscid yaxınlığında baş verən partlayışda 9 nəfər ölübbackend

Pakistanda məscid yaxınlığında baş verən partlayışda 9 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”İnterPress.Az\” \”Sputnik\”ə istinadən xəbər verir.

\”GeoNews\” telekanalının mənbələrinə istinadən verdiyi məlumata görə, partlayışın hədəfi Pəncab polisinin elit qüvvələri olub.

Səlahiyyətli şəxslər partlayış nəticəsində daha 24 nəfərin yaralandığını xəbər verib. Onlardan əksəriyyətinin vəziyyətinin kritik olduğu bildirilir.

Şəhər polisinin başçısı Qəzənfər Əli hücumun əsas hədəfinin polis olduğunu təsdiqləyərək, partlayış zamanı yüzlərlə zəvvarın məscidin içərisində və xaricində olduğunu söyləyib.

İnterPress.Az