Mərdəkanda yerləşən müalicə pansionatından oğurluq olubbackend

Mərdəkanda yerləşən müalicə pansionatından oğurluq olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Vahab Əliyev saxlanılıb, araşdırma aparılır.

İnterPress.Az