Nazirlik Bakıda ağacların qorunub saxlanılması məqsədi ilə MMC rəhbərinə məcburi göstəriş veribbackend

Nazirlik Bakıda ağacların qorunub saxlanılması məqsədi ilə MMC rəhbərinə məcburi göstəriş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə “Təbriz Center” MMC tərəfindən hasara alındığı, lakin ərazidəki mövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub.

Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması məqsədi ilə “Təbriz Center” MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi olan “məcburi göstəriş” verilib.

İnterPress.Az