Bərdədə oğrular ələ keçdi – VİDEObackend

Bərdədə oğrular ələ keçdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın xəbərinə görə, Bərdə rayon sakini Tural Çingizov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Aqil Maqsudov, Xəyal Vəzirov, Elməddin İsgəndərov və Rəhman Səfərov saxlanılıb.

Araşdırmalarla onların 1730 manat dəyərində pul, bir cüt qızıl sırğa, iki ədəd üzük, bir ədəd boyunbağı və bilərzik oğurladıqları müəyyən edilib. Oğurlanmış pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İnterPress.Az