“Qəbələ”nin baş məşqçisi: “Belə bir təklifin gərəksiz olduğunu düşünürəm”backend

“Qəbələ”nin baş məşqçisi: “Belə bir təklifin gərəksiz olduğunu düşünürəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”Report\”a açıqlamasında \”Qəbələ\” komandasının baş məşqçisi Sənan Qurbanov deyib.

39 yaşlı mütəxəssis Voislav Stankoviçlə Bəhlul Mustafazadə, eləcə də hücumçu Ceyms Adeniyinin yüngül zədəli olduqlarını və hazırda onların həkim nəzarəti altında çalışdıqlarını söyləyib: \”Ötən tur \”Neftçi\” ilə matçda Bəhlul ayağında yüngül ağrılar hiss etdi. Biz də risk etmədik və onu əvəzlədik. Digərlərinin isə ayaqlarında yorğunluq var. Zədələrin ola biləcəyini gözə alıb, risk etmək istəmirik. Onların durumu növbəti matça kimi bizim üçün maraqlı olacaq. Hazırda həkim nəzarətindədirlər. Özlərini yaxşı hiss edəcəklərsə, meydana çıxa bilərlər. Çox da risk etmək fikrimiz yoxdur. Futbolçuların durumuna baxacağıq. Zədələr daha da kəskinləşsə, ehtiyatdan oyuna girə və heç oynamaya bilərlər. Növbəti matçda bəzi gənc futbolçulara da şans verə bilərik\”.

Baş məşqçi \”Sumqayıt\”la final matçının onun komandadakı taleyinə təsir edib-etməyəcəyi ilə bağlı danışmaq istəməyib: \”Bu barədə düşünmürəm. İstəyirəm ki, titul həsrətimiz sona çatsın və biz də burada pay sahibi olaq. Bunun üçün əlimdən gələni etməyə çalışırıq. Bu klub mənim üçün doğmadır, neçə illərdir ki, buradayam. Hansı qərar veriləcəksə, böyük hörmətlə qarşılayacağam. Sadəcə, onu fikirləşirəm ki, komandamız finalda uğur qazansın\”.

Qurbanov futbolçularla və özü ilə müqavilə barədə danışıqların olmadığını deyib: \”Sözləşməsi davam edən və bitən oyunçular var. Belə bir fikir var ki, onlarla kubok matçından sonra görüş olsun. Hər kəs finala köklənib. Ondan sonra hər şeyə aydınlıq gələcək\”.

Gənc mütəxəssis son olaraq finalda bəzi futbolçularının cəza səbəbindən oynaya bilməyəcəklərini, lakin vərəqələrin silinməsi üçün rəqibə və Peşəkar Futbol Liqasına müraciət etməyəcəklərini bildirib: \”Bu, futboldur. Sarı vərəqələr almışıqsa, təklif eləməyə dəyməz. Mən də cəzalıyam, finalda texniki zonada olmayacağam. Cəzalı durumda olan Amin Seydiyev və Sabian Lilay da bizim üçün vacib oyunçulardır. Rəqibdə də cəzalı futbolçu var. Digər futbolçulara inanırıq. Belə bir təklifin gərəksiz olduğunu düşünürəm\”.

Qeyd edək ki, \”Qəbələ\” \”Sumqayıt\”la Azərbaycan Premyer Liqasının XXVIII tur matçını mayın 11-də, Azərbaycan Kubokunun final oyununu isə mayın 19-da keçirəcək.

İnterPress.Az