Azərbaycanda islahat effekti: muzdlu işçilərin sayında rekord artım qeydə alınıbbackend

Azərbaycanda islahat effekti: muzdlu işçilərin sayında rekord artım qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Azərbaycanda ayda səkkiz min manata qədər gəlir səviyyəsi olan vergi ödəyicilərinin, vətəndaşların, fiziki şəxslərin gəlir vergisinin 0 faizə endirilməsi ilə bağlı danışan vergilər naziri Mikayıl Cabbarov İTV-nin “Diqqət mərkəzində” verilişində bildirib.

Nazirin sözlərinə görə, bu cəsarətli addım həm vətəndaşlara, həm də xüsusən qeyri-neft sektorunun inkişafına, digər tərəfdən, leqallaşma prosesinə verilən töhfədir.

“Bu, əhalinin orta və uzun müddətdə sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addım olub. Çünki on minlərlə vətəndaşımız muzdlu işçi olaraq çalışıb, amma əmək müqavilələri mövcud olmayıb. Bəzi hallarda əmək müqavilələri mövcud olub, amma real əməkhaqları orada göstərilməyib.

Sosial müdafiə burada vacib amildir. Orada da dəyişiklik olub: işə götürənlər faiz olaraq azalıb, işçilər tərəfindən bir az artırılıb. Bunun əsas məqsədi odur ki, biz həm işə götürənlər, həm də işçilərə əlavə fiskal stimul təqdim edək ki, onlar real əməkhaqlarının bəyan edilməsinə getsinlər.

İlin ilk dörd ayını ötən ilin ilk dörd ayı ilə müqayisə etdikdə, görərik ki, 200 milyon manatdan artıq sosial müdafiə xətti ilə vəsaitlər toplanılıb. Bu da bu sahəyə olan ehtiyacların ödənilməsi cəhətdən əhəmiyyət daşıyır”, – deyə nazir bildirib.

M. Cabbarov bildirib ki, yanvarın 1-dən sığorta ayırmaları – yığımların inzibatçılığı Vergilər Nazirliyinə həvalə olunub.

“2018-ci ilin sonundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən olan həmkarlarımızla bu proseslərdə yaxından çalışmışıq. Qısa müddət ərzində keçidi uğurla başa vura bilmişik.

Doğrudur, yanvar ayında və fevralda müəyyən çətinliklər yaranmışdı. Lakin artıq bütün çətinliklər aradan qaldırılıb və inanıram ki, vergi ödəyiciləri üçün bu, daha rahat sistemdir, çünki onlar müxtəlif dövlət orqanları ilə deyil, bir dövlət orqanı ilə əlaqədədirlər. Qeyd etdiyim rəqəmlər, mədaxilin artımı, məncə, bu dəyişikliyin, islahatın effektinə nail olmağı tam şəkildə əks etdirir”.

İnterPress.Az