ŞOK: Ukraynada daha iki azərbaycanlı biznesmen yoxa çıxdı – ADLARbackend

ŞOK: Ukraynada daha iki azərbaycanlı biznesmen yoxa çıxdı – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az Ukraynadakı mənbələrə əsasən xəbər verir ki, biznesmenlər Donetsk vilayətində (Ukrayna nəzarətində olan hissədə) itkin düşüblər. Onların hansı şəraitdə, necə yoxa çıxması barədə heç bir məlumat yoxdur. Yoxa çıxan 1975-ci il təvəllüdlü Dursun Quliyev, 1980-cı il təvəllüdlü Sübhan Qocayev iri kənd təssərrüfatı biznesi ilə məşğul olublar.

Qeyd edək ki, son bir iki ildə 25-dən artıq azərbaycanlı biznesmen yoxa çıxıb. Onların tapılması üçün demək olar ki, heç bir addım atılmır. Məsələ ilə bağlı Azərbaycan hökuməti Ukrayna müvafiq orqanlarına müraciət etsə də, görünür, heç bir nəticə yoxdur.

İnterPress.Az