İnterPress.Az-ın məlumatına görə, Şamaxı rayon sakini, 1983-cü il təvəllüdlü Nuhiyev Arzum Sabahəli oğlunun idarə etdiyi 56-BC-449 qeydiyyat nişanlı \”VAZ 2106\” markalı avtomobilin su kanalına düşməsi nəticəsində sürücünün atası 1955-ci il təvəllüdlü Nuhiyev Sabahəli Seyidəli oğlu və qardaşı 1980-ci il təvəllüdlü Nuhiyev Zamin Sabahəli oğlu dünyasını dəyişib.
Sürücü özü və onun anası 1958-ci il təvəllüdlü Nuhiyeva Xədicə Lələ qızı xəsarət alaraq Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadının vəziyyəti daha ağırdır.
***
Saat 23:37
Sabirabad rayonunda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişən və xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, \”VAZ 2106\” markalı avtomobilin yoldan çıxaraq kanala aşması nəticəsində ata ilə oğul dünyasını dəyişib.
Ailənin digər oğlu və ana xəsarət alaraq xəstəxanaya çatdırılıb.
***
Saat 22:48
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
İnterPress.Az-ın məlumatına görə, Surra-Padarçöl kəndləri arasındakı yolda baş vermiş qəzada \”VAZ 2106\” markalı minik maşını aşıb.
Bildirilir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Daha 2 nəfər xəsarət alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də cəlb olunub.
Hazırda təfərrüatlar araşdırılır.
İnterPress.Az