Çempionlar Liqasında həftənin oyunçusu və qolu adına namizədlər açıqlanıbbackend

Çempionlar Liqasında həftənin oyunçusu və qolu adına namizədlər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iddiaçılar sırasına 4 oyunçu daxil edilib. Bunlar İngiltərə \”Liverpul\”undan Jorjinyo Veynaldum və Trent Aleksander-Arnold, \”Tottenhem\”dən isə Lukas Moura və Mussa Sissokodur.

Veynaldumun \”dubl\”u və Aleksander-Arnoldun məhsuldar ötürməsi \”Liverpul\”a yarımfinalda İspaniya \”Barselona\”sı üzərində 4:0 hesablı ev, Mouranın \”het-trik\”i və Sissokonun ötürmələrindəki 84 faiz dəqiqlik \”Tottenhem\”ə Hollandiyada \”Ayaks\”la görüşdə 3:2 hesablı səfər qələbəsində yardımçı olub.

Ən yaxşı qol adına isə \”Barselona\”nın hücummusu Lionel Messinin \”Liverpul\”la ilk görüşdə (3:0), Divok Originin (\”Liverpul\”) cavab oyununda (4:0), Hakim Ziyev (\”Ayaks) və Lukas Mouranın (\”Tottenhem\”) cavab görüşündəki dəqiq zərbələri namizəd göstərilib. Qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu vasitəsilə müəyyənləşdiriləcəklər.

Qalib komandalar iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki \”Metropolitano\” stadionunda final matçına çıxacaqlar.

İnterPress.Az