Tbilisidə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilibbackend

Tbilisidə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, tədbirdən öncə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) müəllim və tələbələri Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət edərək önünə əklil qoyublar.

Tədbirdə çıxış edən M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bildirib ki, ulu öndər bütün varlığı ilə Azərbaycan dövləti və xalqına xidmət edib: “Müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev Gürcüstanın böyük dostu olub. Gürcüstan və Azərbaycan arasında münasibətlərin bugünkü səviyyəyə çatması məhz onun adı ilə bağlıdır. O, Gürcüstanda yaşayan azərbaycanlılara hər zaman böyük diqqət və qayğı göstərib”.

GAİM-in icraçı direktoru Aygül İsayeva, mərkəzin tarix müəllimi Nərgiz Nəbiyeva da çıxış edərək ulu öndərin həyat və fəaliyyəti, onun rəhbərliyi altında Azərbaycanın əldə etdiyi böyük uğurlardan söz açıblar.

Tədbir çərçivəsində Heydər Əliyevin fotolarından ibarət sərgi təşkil olunub. Sonda ulu öndərə həsr olunmuş “Xalqa bağışlanmış ömür” adlı sənədli film nümayiş etdirilib.(report)

İnterPress.Az