Fransada bir nəfər lotoda 25 milyon avro udubbackend

Fransada bir nəfər lotoda 25 milyon avro udub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az xəbər verir ki, Euromillions loto oyununun martın 7-də keçirilən ikinci tirajında 25 milyon avro udan şəxsin kimliyi hələlik məlum deyil.

Onun udduğu 25 milyona sahib çıxması üçün 60 gün vaxtı var.

2004-cü ildə yaradılmış Euromillions loto oyunu Avropanın 9 ölkəsini – Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Belçika, İrlandiya, Avstriya, İsveç və Lüksümburqu əhatə edir. Ən çox udan bu günədək 2014-cü ildə bir portuqaliyalı və 2012-ci ildə ingilis cütlük olub. Onlar 190 milyon qazanıblar.(report)

İnterPress.Az