İnterPress.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti satışa icazə verib və bununla bağlı sənədi təsdiqləyib.
ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, Dövlət Departamenti Qətərə xarici hərbi texnika satışı çərçivəsində təxminən 3 milyard dollarlıq “24 AH-64E Apache” tipli helokopter və ona bağlı avadanlığın satışını təsdiqləməyi qərara alıb.
ABŞ Konqesi 30 gün ərzində etiraz etməzsə, satış həyata keçə bilər. Bu müddət bitdiyi gün ABŞ-n Qətərə təklif məktubunu təqdim etməsi ilə satış başlayacaq.
“Associated Press”in məlumatına görə, ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus “B-52” bombardmançı təyyarəsi Birləşmiş Ştatların Qətərdəki hərbi bazasına çatıb. Döyüş təyyarəsi İrana qarşı müqavimət üçün Qətərə göndərilib.
İnterPress.Az