Sabir Rüstəmxanlı Moskvada  gənclərlə görüşüb – FOTOLARbackend

Sabir Rüstəmxanlı Moskvada gənclərlə görüşüb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partiyanın mətbuat xidmətindən Interpress.az-a verilən məlumata görə, ötən gün keçirilən görüşdə tələbələr, ali məktəb məzunları, Moskvadakı azərbaycanlı yazarlar iştirak ediblər.

20 Yanvar şəhidlərinin anılmasıyla başlanan tədbirdə 25 il öncə baş verən işğal və faciə tarixindən danışılıb. Moskva rəhbərliyiyinin o vaxt SSRİ vətəndaşı olan insanlara qarşı törətdiyi cinayət barədə şahidlər gördüklərini və Qanlı Yanvarın səbəb və nəticələri barədə mülahizələrini gənclərlə bölüşüblər.

Görüşdə Sabir Rüstəmxanlı, DAK həmsədrlərinin müavinləri, Moskvada yaşayan tanınmış ədəbiyyatşünas alim Abuzər Bağırov, şairə Afaq Şıxlı və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntbah mərkəzinin nümayəndələrı çıxış ediblər.

Sabir Rüstəmxanlının yığıncaq iştirakçılarının suallarına verdiyi cavabla davam edən məclisin sonunda şəhidlərin adına ehsan verilib.

Xeber1.az saytına istinadən görüşdən fotoları təqdim edirik:

Sabir Rüstəmxanlı Moskvada  gənclərlə görüşüb - FOTOLAR

İnterpress.az